
Levandovskidən yeni rekord
“Bavariya” Almaniya Bundesliqasının 9-cu turunda “Yunion”u məğlub edib.
Komanda.az xəbər verir ki, 2:1 hesabıyla bitən qarşılaşmada Münhen təmsilçisinin futbolçusu Robert Levandovski yeni rekorda imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Belə ki, polşalı hücumçu, Almaniya Bundesliqasının ilk 9 turunda da qol vurmağı bacaran ilk oyunçu olub. “Yunion”la matçda komandasının 2-ci qolunu vuran Levandovski, bu mövsüm Bundesliqada vurduğu qollarının sayını 13-ə çatdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin