Qvardiola özbək futbolçunu məcburiyyətdən oynatdığını etiraf etdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola Abdukodir Xusanovun “Çelsi” ilə oyunda meydana çıxmasının məcburi addım olduğunu etiraf edib.

Komanda.az “City Xtra”-ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, Xusanovun oynamamalı olduğunu bildirib:

“Xusanov oynamamalıydı, ona uyğunlaşmaq üçün vaxt lazım idi. Başqa ölkədən yeni gəlib Premyer Liqada “Çelsi” ilə oyuna çıxmaq asan deyil. Komanda yoldaşlarınla ​​çox əlaqə saxlamamısan, çox məşq etməmisən. Təsəvvür edin ki, o, nələr hiss edib”.

20 yaşlı futbolçu “Çelsi” ilə Premyer Liqa matçında “şəhərlilər”in əsas heyətində yer tapıb. Özbək futbolçu matçın əvvəlində kobud səhvə yol verib və bu, rəqibin qol vurmasına səbəb olub. O, 54-cü dəqiqədə Con Stounzla əvəzlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button