“Mbappe hazırda dünyanın ən dəyərli futbolçusudur” – Mourinyo

Portuqaliyalı məşqçi Joze Mourinyo, PSJ-nin hücumçusu Kilian Mbappe haqda fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, İngiltərənin “The Mirror” nəşrinə danışan 56 yaşlı mütəxəssis, Mbappenin yaşına görə Kriştiano Ronaldo və Lionel Messidən daha dəyəli olduğunu deyib:

“İndiki gücünü nəzərə alsaq, Mbappenin 5-10 il ərzində hansı səviyyədə olacağını danışmağımıza ehtiyac yoxdur. Həqiqətən, inanılmaz futbolçudur. Ronaldo və Messinin yaşlarıyla müqayisə etsək, Mbappe hazırda dünyanın ən dəyərli futbolçusudur. İndi o, başqa kluba transfer olarsa, dünyanın ən bahalı oyunçusu olacaq”.

Fransa millisiylə DÇ-2018-in qalibi olan Mbappenin PSJ ilə 2022-ci ilə qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button