“Başqa bir klub da var idi, amma…” – “Qarabağ”ın yeni transferi
“Qarabağ”ın yeni transferi Asmir Beqoviç açıqlama verib.
Komanda.az xəbər verir ki, “sportsport.ba”ya danışan 32 yaşlı qapıçı, bunları deyib:
“Nəhayət, Bakıda məskunlaşdım. İlk təəssüratlarım yaxşıdır. Hər şey yaxşı səviyyədədir. Həqiqətən, “Qarabağ”da hamı bir ailə kimidir. Şəhər də çox gözəldir. İnanıram ki, bu keçid mənim həyatımda yaxşı epizod olacaq”.
Bosniya və herseqovinalı futbolçu, “Qarabağ”dan başqa da təkliflərinin olduğunu bildirib:
“Başqa bir klub da var idi, amma azərbaycanlıların təklifinin ən doğru və konkret olduğunu demək məcburiyyətindəyəm. Bu, yaxşı seçimdir. Yaxşı təkliflərdən birini qəbul edib, özümü yeni mühitdə sınamaq istədim. Yenə də deyirəm: oynamaq mənim üçün çox vacibdir.
“Qarabağ” ənənələri olan, köklü klubdur. Hər zaman titul uğrunda mübarizə aparır və Avropa Liqasında çıxış edirlər. Qrup mərhələsində oynamaq böyük bir şey deyil. Amma iddialar bundan daha böyükdür. Qrupumuzda “Sevilya”, APOEL və “Düdelanj” var. İnanıram ki, bunların hamısının öhdəsindən gələ bilərik. Baxmayaraq ki, bu, asan olmayacaq. APOEL-in Hollandiya “Ayaks”ına çətinlik törətdiyini gördüz. Keyfiyyəti olmasaydı, “Düdelanj” burda olmazdı”.
“Qarabağ” Beqoviçi İngiltərənin “Bornmut” klubundan 750 min avro qarşılığında ilin sonunadək icarəyə götürüb.
Bizi Facebook-da izləyin