Basketbolda da Rusiyaya qadağa gəldi
Rusiya daha bir idman növündə bütün yarışlardan məhrum edilib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiyanın ÇSKA, “Zenit” və UNİKS basketbol klubları Avroliqadan, “Lokomotiv-Kuban” isə avrokubokdan kənarlaşdırılıb. Bildirilib ki, buna Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəb olub.
FİFA və UEFA da Rusiyanın futbol klublarını və milli komandasını növbəti qərara qədər bütün turnirlərdən kənarlaşdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin