
“Basketbolçuların əvəzetməsiz oynaması nəticəyə təsir etdi”
“Sumqayıt” komandası “Naxçıvan”la matçda əvəzetməsiz oynadığı üçün məğlub olub.
Komanda.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi baş məşqçisi Vadim Kuramşın Azərbaycan Basketbol Liqasının 7-ci turunda “Naxçıvan”la matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, məğlubiyyətə görə üzgün olduqlarını bildirib:
“Naxçıvan”ı qələbə münasibətilə təbrik edirəm. Oyunun əvvəlində rəqibin daha çox xal atmasına imkan verdik. Sonradan hesabda onlara çata bildik. 3-cü periodda eyni hal yenə təkrarlandı, “Naxçıvan” yenə də “üçlük”lərlə fərqi artırdı. Mən foul limiti probleminə görə fərdi müdafiəyə keçmirəm, hər halda cəmi 3 amerikalı ilə bunu edə bilmərəm. Biri kənarlaşsa, işimiz çətin olacaq. Basketbolçuların əvəzetməsiz oynaması nəticəyə təsir etdi”.
Qeyd edək ki, “Sumqayıt” – “Naxçıvan” qarşılaşması ikincilərin 116:99 hesablı qələbəsi ilə başa çatıb.
Bizi Facebook-da izləyin



