Basketbol: “Gəncə” “Lənkəran”ı məğlub etdi

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə “Gəncə” “Lənkəran”la qarşılaşıb. Gəncə İdman Sarayında baş tutan görüş meydan sahiblərinin 96:92 hesablı qələbəsi ilə yekunlaşıb.

Tərəflər arasında növbəti matç aprelin 13-də keçiriləcək. Cütün qalibi 1/4 finalda “Şəki”nin rəqibi olacaq.

Pley-in mərhələsinin ilk oyunlarına aprelin 11-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button