“Polşa millisindən bir addım uzaqda idim” – De Byazi
“Polşa millisindən bir addım uzaqda idim”.
Komanda.az “WP SportoweFakty”-ə istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin çalışdırıcısı Canni De Byazi Polşa yığma komandasında işləmək ehtimalı ilə bağlı danışarkən bildirib.
O, Polşa Futbol Assosiasiyasının sabiq prezidenti Zbiqnev Boneklə əvvəl bir neçə dəfə danışıq apardığını dilə gətirib:
“Həmişə birbaşa əlaqə saxlamışıq. Bu, heç vaxt vasitəçilərlə olmayıb. Danışıqların tarixlərini xatırlamıram. Çünki o vaxtdan sonra mənim başıma çox şey gəlib. Digər federasiyalar və klublarla danışmışam. Amma dediyim kimi, bir neçə dəfə əlaqə saxlamışıq”.
Canni De Byazi ilə yanaşı, polşalı mütəxəssislər Matiej Skorza, Marek Papszun və ukraynalı Andrey Şevçenko da Polşa millisinə namizədlərdən hesab edilir. Polşa Futbol Assosiasiyası müqavilə müddəti ilin sonuna qədər olan hazırkı baş məşqçi Çeslav Mixneviçlə yeni sözləşmə imzalanmayacağını açıqlayıb.
Bizi Facebook-da izləyin