“Başakşəhər”lə “Kayserispor”un futbolçularında koronavirus aşkarlandı

Türkiyənin “Başakşəhər” və “Kayserispor” klublarında bəzi futbolçular koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçilərinin mətbuat xidməti məlumat yayıb.

Son Türkiyə çempionu olan “Başakşəhər”də bir futbolçunun koronavirus testi pozitiv nəticə verib. “Kayserispor”da isə bir futbolçunun və bir məşqçinin koronavirusa yoluxduğu müəyyənləşib. Adları açıqlanmayan həmin şəxslərin hamısı karantinə alınıb və müalicələrinə start verilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button