“Başakşəhər”in futbolçusu əməliyyat olundu
Türkiyə çempionu “Başakşəhər” ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, İstanbul təmsilçisinin braziliyalı sağ cinah müdafiəçisi Junior Kaysara əməliyyat olunub.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə Kaysaranın oktyabrın 20-də baş tutan “Leyptsiq”lə (Almaniya) UEFA Çempionlar Liqasının oyununda ayağından ağır zədə aldığı qeyd olunub. Bu üzdən də həkimlər ona cərrahi müdaxilə etmək zərurəti duyublar.
2017-ci ildən “Başakşəhər”də çıxış edən 31 yaşlı müdafiəçinin dəqiq nə vaxt sıraya dönəcəyi hələ bilinmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin