“Başakşəhər”in futbolçusu Azərbaycan millisinə çağırıldı SİYAHI
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 30-dan sentyabrın 3-dək Bakıda, sentyabrın 4-dən 8-dək isə Maltanın Valleta şəhərində təlim-məşq toplanışı olacaq.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Azərbaycan millisi hazırlıq çərçivəsində sentyabrın 5-də və 7-də maltalı həmyaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Hər iki oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq. Toplanışa 20 futbolçu dəvət olunub:
1 Samiqullin Rüstam – Stroqino (Rusiya)
2 Arazlı Ayhan – Qarabağ
3 Mürsəl Şahin – Viedenbrük (Almanya)
4 Qurbanlı Nihad – Neftçi
5 Məmmədov Murad – Səbail
6 Kaplan Emre – Başakşəhər (Türkiyə)
7 Bağırov Murad – Sabah
8 Quliyev Nihad – Qarabağ
9 Muradov Xəyal – Qəbələ
10 İbrahimov Elnur – Spartak Akademiya (Rusiya)
11 Abdullazadə Səbuhi – Sumqayıt
12 Vəlizadə Turan – Neftçi
13 Zülfüqarlı İsmayıl – Neftçi
14 Qarəhmədov Ədilxan – Səbail
15 Bayramov Tural – Qarabağ
16 Abdullazadə Rüfət – Sumqayıt
17 Məhərrəmli Samir – Qəbələ
18 Qurbanov Samir – Viktoriya Jijkov (Çexiya)
19 İnqilablı İdris – Qəbələ
20 Rzayev Veysəl – Qəbələ
Bizi Facebook-da izləyin