“Başakşəhər”i məğlub edən tapıldı
Türkiyə Super Liqasında 9-cu tura yekun vurulub.
Komanda.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.
“Trabzonspor” doğma meydanda “Kasımpaşa” ilə qarşılaşıb və bu matçdan qolsuz heç-heçə ilə ayrılıb. Lider “Başakşəhər” isə “Sivasspor”la ev oyunundan məğlubuyyətlə ayrılıb. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki ilk məğlubiyyəti, Sivas klubunun isə ilk qələbəsi olub.
9 turdan sonra “Adana Dəmirspor”, “Beşiktaş” və “Konyaspor” 18 xalla zirvəyə şərikdirlər. “Fənərbaxça”, “Başakşəhər”, “Qalatasaray” və “Trabzonspor”un isə 17 xalı var.
Türkiyə Super Liqası
9-cu tur
7 oktyabr
Qaziantep – Adana Dəmirspor 1:1
Qol: Markoviç, 69 – Assombalonqa, 60.
8 oktyabr
İstanbulspor – Ankaragücü 1:2
Qol: Ethemi, 55 – E.Kılınc, 16. Sou, 90+1.
Antalyaspor – Konyaspor 1:1
Qol: Fernando, 51 – Kalvo, 90+6.
Girəsunspor – Beşiktaş 0:1
Qol: T.Sanuc, 34.
9 oktyabr
Ümraniyəspor – Kayserispor 2:2
Qol: U.Nayir, 48. T.Qlumaç, 59 – M.Kardozo, 25. Mensa, 64.
Hatayspor – Alanyaspor 1:0
Qol: B.Öksüz, 72.
Fənərbaxça – Fatih Karagümrük 5:4
Qol: Krespo, 9. Valensiya, 28; 61-pen; 72-pen. Batşuayi, 90+5 – Borini, 16; 65-pen. Kuassi, 24. B.Kapacak, 83.
10 oktyabr
Başakşəhər – Sivasspor 0:2
Qol: Saba, 45+2-pen.
Trabzonspor – Kasımpaşa 0:0
Bizi Facebook-da izləyin