“Başakşəhər”in Arda Turanla bağlı qərarı

Türkiyənin “Başakşəhər” klubu müqaviləsi cari mövsümün sonunda bitəcək Arda Turanla bağlı qərarını verib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi, göstərdiyi oyuna görə tənqid olunan 32 yaşlı futbolçuyla yeni müqavilə imzalamamaq qərarı alıb. Buna səbəb, “Barselona”dan icarə əsasında heyətə qatılan futbolçunun yüksək məvacib qarşılığında istənilən oyunu göstərə bilməməsidir.

Qış fasiləsində uyğun təklif gələcəyi halda, Ardanın klubdan ayrılmasına icazə veriləcəyi bildirilir.

2018-ci ilin yanvarında Kataloniya klubundan icarə əsasında heyətə qatılan futbolçu, cari mövsümdə əsas heyətdə meydana çıxmayıb. Arda meydana sonradan daxil olduğu 7 oyunda qol hesabını aça bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button