“Başakşəhər”də nigeriyalı yarımmüdafiəçi
Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Misirin “Piramids” klubundan nigeriyalı yarımmüdafiəçi Okeçukvu Auzubikeni heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu 1 illik icarəyə götürülüb. Amma mövsümün sonunda İstanbul klubu onun transfer hüquqlarını da almaq şansına malikdi.
Okeçukvu geridə qalan mövsümün ikinci yarısını Türkiyənin digər klubu “Rizəspor”da keçirib. 2015-2018-ci illər aralığında isə o, bu ölkənin digər təmsilçisi “Yeni Malatyaspor”da oynayıb. Azubuike Misir klubuna da məhz bu komandadan transfer olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin