“Başakşəhər” – “Roma” matçında xoşagəlməz hadisə
Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçirilən “Başakşəhər” (Türkiyə) – “Roma” (İtaliya) oyununda xoşagəlməz hadisə yaşanıb.
Komanda.az xəbər verir ki, İstanbulda baş tutan qarşılaşmanın 53-cü dəqiqəsində qonaq komandanın yarımmüdafiəçisi Lorenso Pelleqrini künc zərbəsini yerinə yetirərkən azarkeşlərdən biri ona yad əşya atıb.
Gözlənilməz hücum nəticəsində italiyalı futbolçunun başı yarılıb. Bunu görən matçın baş hakimi oyunu dayandırmaq məcburiyyətində qalıb. Amma Pelleqrininin başına sarğı qoyulduqdan sonra, təxminən 5 dəqiqəlik fasilədən sonra matç yenidən bərpa olunub.
Qeyd edək ki, hazırda “Roma” bu oyunda 3:0 hesabıyla öndədi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin