“Başakşəhər”i İsveçrə klubuna dəyişdi
Türkiyənin “Başakşəhər” klubu hücumçusu Enzo Krivelli ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı forvard İsveçrənin “Servett” klubuna transfer olunub. Fransalı futbolçu yeni klubu ilə 3 illik müqaviləyə imza atıb. “Başakşəhər”in bu transferə görə nə qədər qazandığı açıqlanmır.
Enzo Krivelli 2019-cu ildən “Başakşəhər”də forma geyinirdi. O, İstanbul təmsilçisində 88 oyuna çıxıb, 16 qol vurub. Ötən mövsümün ilk dövrəsini “Antalyaspor”da icarədə keçirən fransız futbolçu, bu ilin əvvəlində də “Sent Etyen” klubuna icarəyə verilmişdi. O, Türkiyəyə gələnə qədər ölkəsində “Bordo”, “Bastiya”, “Anje” və “Kan” klublarının da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin