“Başakşəhər”dən Belözoğlu ilə yeni müqavilə
“Başakşəhər” klubu baş məşqçisi Emre Belözoğlu ilə müqaviləni yeniləyib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
41 yaşlı mütəxəssislə 2 illik yeni müqavilə imzalanıb. Emre ötən ildən Super Liqa təmsilçisini çalışdırır.
Yeri gəlmişkən, “Başakşəhər” iki futbolçusu ilə də yollarını ayırıb. İstanbul klubu Peter Julu Çinin “Yatai” klubuna icarəyə verib. Ötən ilin yayında “Anderlext”dən transfer olunmuş avstriyalı yarımmüdafiəçi İstanbul klubunda cəmi 7 matça çıxıb. O, ötən mövsümün ikinci dövrəsini də Macarıstanın “Fehervar” komandasında icarədə keçirmişdi. Avstriya yığmasında 11 oyun keçirmiş futbolçu, daha öncə “Rapid”, “Qrodiq”, “Hartberq”, “Volfsberger”, “Admira Vakker”, “Rid”, “Şturm Qrats” və “Göztəpə”də də oynayıb.
Kabo Verdedən olan müdafiəçi Karlos Ponk isə “Başakşəhər”dən birdəfəlik ayrılıb. 27 yaşlı futbolçu Portuqaliyanın “Çaves” klubuna transfer olunub. Müdafiəçinin yeni klubu ilə neçə illik müqavilə bağladığı və digər detallar açıqlanmır. Ölkəsinin yığmasında cəmi 1 oyun keçirmiş futbolçu, əvvəllər “Farense”, “Benfika”, “Pasuş de Ferreyra”, “Aves” kimi klubların da formasını geyinib.
Bizi Facebook-da izləyin