“Başakşəhər”də yeni hücumçu
Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqanın geridə qalan mövsümün 2-ci pillədə başa vuran və Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanan İstanbul təmsilçisi, “Sivasspor”un hücumçusu Məhəmməd Dəmiri heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı forvardla 4 illik müqavilə imzalanıb.
“Sivasspor”la müqaviləsinin müddəti bu yay başa çatan futbolçu, yeni klubuna azad agent statusunda keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin