“Başakşəhər”də bir ayrılıq, iki yeni futbolçu

“Başakşəhər” heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi Belçika milli komandasının yarımmüdafiəçisi Adnan Yanuzayla İsrail yığmasının üzvü Eden Kartsevi transfer edib.

Yanuzay İspaniyanın “Sevilya” klubundan bu mövsümün sonuna kimi icarəyə götürülüb. 27 yaşlı vinger 2022-ci ilin yayında azad agent kimi keçdiyi “Sevilya”da cəmi 6 oyun keçirib. O, daha öncə “Mançester Yunayted”, “Sanderlend”, “Borussiya” (Dortmund), “Real Sosyedad” kimi klubların formasını geyinib, Belçika yığmasında 15 oyuna 1 qol vurub.

Eden Kartsev isə Netanya “Makkabi”sindən transfer olunub. 22 yaşlı futbolçu ilə 2027-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb. İstanbul klubu bu transferə görə 2.3 milyon avro ödəyib.

Kartsev Təl-Əviv “Makkabi”sinin yetirməsidir. O, “Beytar” (Təl-Əviv), “Hapoel” (Hadera), “İroni Kiryat Şmona” kimi klubların da formasını geyinib. 2021-ci ilin avqustundan Netanya təmsilçisində çıxış edən yarımmüdafiəçi, bu komandada 44 oyuna 4 qol vurub. O, İsrail millisində də 5 oyun keçirib.

“Başakşəhər” bu mövsümün əvvəlində İngiltərənin “Aston Villa” klubundan icarəyə götürdüyü Bertrand Traore ilə də yollarını ayırıb. Burkina Fasodan olan 27 yaşlı yarımmüdafiəçi bu komandanın heyətində meydana çıxdığı 18 oyunda 3 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button