
“Başakşəhər” pley-offa vəsiqə qazandı
UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Komanda.az xəbər verir ki, bu gün bir oyun baş tutub.
“Başakşəhər” səfərdə inamlı hesabla məğlub etdiyi “Vikinq”lə doğma meydanda heç-heçə edib. İlk oyundakı qələbə İstanbul klubunu pley-offa daşıyıb.
Mərhələnin qalan cavab görüşləri avqustun 14-də keçiriləcək.
Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
13 avqust
Başakşəhər (Türkiyə) – Vikinq (Norveç) 1:1 (ilk oyun – 3:1)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin