“Başakşəhər” legionerini Belçika klubuna icarəyə verdi
Türkiyənin “Başakşəhər” klubu yarımmüdafiəçisi Naser Şadli ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, 33 yaşlı futbolçu Belçikanın “Vesterlo” klubuna keçib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Super Liqa təmsilçisi onu 2022/23 mövsümünün sonuna kimi icarəyə verib.
Naser Şadli “Başakşəhər”ə 2020-ci ilin yayında “Monako”dan gəlib. Belçikalı futbolçu son iki mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 47 oyunda 5 qol vurub. Hücumameyilli yarımmüdafiəçi Belçika yığmasında da 66 ouun keçirib, 8 qola imza atıb. O, “Başakşəhər” və “Monako”dan başqa, “Vest Bromviç” və “Tottenhem” kimi klubların da formasını geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin