“Başakşəhər” hücumçusunu icarəyə verdi
Türkiyənin “Antalyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi “Başakşəhər”in hücumçusu Enzo Krivellini heyətinə qatıb.
Antalya təmsilçisi fransalı futbolçunu icarəyə götürüb. 26 yaşlı hücumçu bu mövsümün sonuna qədər sözügedən komandada çıxış edəcək.
Krivelli 2019-cu ildən “Başakşəhər”də çıxış edir. O, geridə qalan iki mövsümdə İstanbul təmsilçisində meydana çıxdığı 88 matçda 16 qola imza atıb. “Bordo”nun yetirməsi olan hücumçu, bu komandadan başqa “Bastiya”, “Anje” və “Kan”da da forma geyinib. Krivelli Fransanın U-21 yığmasında da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin