
Özbək futbolçu Türkiyə klubuna keçir – 7 milyon avroya
ÇSKA-nın yarımmüdafiəçisi Abbosbek Fayzullayev karyerasını Türkiyənin “Başakşəhər” klubunda davam etdirəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər özbək futbolçunun 7 milyon avroya transferi ilə bağlı razılığa gəlib.
Fayzullayev 2023-cü ilin yayında Özbəkistanın “Paxtakor” klubundan 500 min avroya ÇSKA-ya keçib. 21 yaşlı yarımmüdafiəçi son mövsümdə Rusiya Premyer Liqasında 27 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin