“Başakşəhər”dən Niderland klubuna
Türkiyənin “Başakşəhər” klubu yarımmüdafiəçisi Kərim Frayla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 2017-ci ildən bu klubun formasını geyinən futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.
Avstriyada dünyaya göz açsa da, Türkiyə yığmasında oynamağa qərar verən 27 yaşlı futbolçu bundan sonra Niderlandın “Emmen” klubunda çıxış edəcək. Hansı ki, onun 2000-ci il doğumlu qardaşı Elias Fray da sözügedən kluba transfer olunub.
Kərim Fray 2013-2017-ci illər aralığında “Beşiktaş”da da forma geyinib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin