“Başakşəhər”də yeni müqavilə
Türkiyə çempionu “Başakşəhər” sağ cinah müdafiəçisi Uğur Uçarla müqavilənin müddətini uzadıb.
Komanda.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
33 yaşlı futbolçu yeni müqaviləyə əsasən qarşıdakı mövsümdə də “Başakşəhər”in uğurları üçün çalışacaq.
Uğur Uçar 2014/15 mövsümündən etibarən “Başakşəhər”də forma geyinir. “Qalatasaray”ın yetirməsi olan futbolçu “Kayserispor”, “Ankaragücü” və “Karabükspor”da da çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin