“Başakşəhər” “Konyaspor”u məğlub yola saldı

Futbol üzrə Türkiyə Super Liqasında 21-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Komanda.az xəbər verir ki, günün yeganə matçında “Başakşəhər” doğma meydanda “Konyaspor”la qarşılaşıb.

Cari mövsümdə uğurlu çıxışları ilə diqqət mərkəzində olan komandaların oyununda 3 qol qeydə alınıb. Lider “Trabzonspor”un əsas izləyicisi olan “Konyaspor” üçüncü pillədəki İstanbul təmsilçisi ilə görüşdən məğlub ayrılıb.

Bu nəticədən sonra “Konyaspor” 49 xalla ikinci pillədəki mövqeyində qalıb. “Başakşəhər” isə 46 xalla üçüncüdür.

Türkiyə Super Liqası, 21-ci turun oyunu

22 fevral

Başakşəhər – Konyaspor 2:1
Qol
: Gulbrandsen, 49. M.Çağıran, 62-öz qapısına – Byutyuqi, 37.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button