“Bir insan qəzəblənirsə, onu qızışdırmaq lazım deyil” – Quliyev

Rusiyanın “Ximki” klubunda çıxış edən azərbaycanlı futbolçu Ayaz Quliyev keçmiş baş məşqçi Spartak Qoqniyevlə aralarında olan münaqişədən danışıb.

Komanda.az xəbər verir ki, Quliyev “Championat” nəşrinə müsahibəsində Qoqniyevlə aralarında olanların komandaya təsir etmədiyini deyib:

“Qoqniyevlə münaqişəmizin səs yazısı sosial şəbəkədə qarşıma çıxdı. Amma baxmadım və ciddiyə almadım. Başa düşdüm ki, bir insan qəzəblənirsə, onu qızışdırmaq lazım deyil”.

Ayaz Quliyevin “Ximki” ilə müqaviləsi 2024-cü ilin iyununadək nəzərdə tutulub.

2022-ci ilin sentyabrında “Ximki”nin baş məşqçisi təyin olunan Qoqniyev aprelin 3-də istefaya göndərilib. Onunla azərbaycanlı futbolçu arasında insident Türkiyədəki təlim-məşq toplanışı zamanı yaranmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button