“Başa düşə bilmirəm ki, siz hakimə necə rüşvət verə bilərsiz?” – Klub prezidenti

“Atletiko”nun prezidenti Enrike Serezo “Barselona” ətrafında baş verən hakim qalmaqalından danışıb.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Madrid klubunun rəhbəri “Barselona”nı müdafiə edib:

“Mən yalnız sizin bildiyinizi bilirəm və heç nə sübut olunmayana qədər hər şey fərziyyə olaraq qalacaq. Mən 35 ildir ki, futboldayam və heç vaxt hakimə rüşvət vermənin mümkün olduğunu hiss etməmişəm, eşitməmişəm və düşünməmişəm. Mən başa düşə bilmirəm ki, siz hakimə necə rüşvət verə bilərsiz? Bu haqda ilk dəfədir eşidirəm. Nə “Barselona”ya, nə də başqasına qarşı matçlarda şübhəli heç nə yaşamamışam”.

Fevralın 15-də “Barselona”nın İspaniya Kral Futbol Federasiyasının hakimlər texniki komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya məxsus “DASNIL 95”ə 1,4 milyon avro ödədiyi haqda məlumat yayılıb.

Daha əvvəl UEFA “Barselona”nın Neqreyraya ödənişlərlə bağlı korrupsiya qalmaqalı üzrə araşdırmaya başladığını elan etmişdi. İspaniya La Liqasının rəhbərliyinin Kataloniya klubu ilə bağlı FİFA-ya şikayət edə biləcəyi də bildirilirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button