“Hamı yıxılaraq hakimdən rəqibə vərəqə istəməyə başlayıb”

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Brügge” ilə ilk matçda hakimlikdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis oyunun futbolla heç bir əlaqəsi olmayan istiqamətdə getdiyini söyləyib:

“Futbol çirklənir. Hamı yıxılaraq hakimdən kobudluğa görə cərimə və ya rəqibə vərəqə istəməyə başlayıb. Oyun futbolla heç bir əlaqəsi olmayan istiqamətdə gedir. Artıq qaydaların təfsirini başa düşmürəm, baş verənləri bəyənmirəm”.

“Atalanta” Belçika komandası ilə səfər matçında 1:2 hesabı ilə məğlub olub. Komandalar arasında cavab oyunu fevralın 18-də, Berqamoda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button