“Mən neçə yaşım olduğunu bilirəm” – Levandovski

“Barselona”nın hücumçusu Robert Levandovski Polşa millisindəki gələcəyindən danışıb.

Komanda.az xəbər verir ki, polşalı futbolçu mətbuat konfransında heç nəyə peşman olmamaq üçün hər şeyə fərqli yanaşmağa çalışdığını bildirib:

“Mən neçə yaşım olduğunu bilirəm və bilirəm ki, bəzi məqamlar heç vaxt geri qaytarılmayacaq. Ona görə də, gələcəkdə heç nəyə peşman olmamaq üçün hər şeyə fərqli yanaşmağa, baş verənlərdən maksimum həzz almağa çalışıram. Hazırda məqsədim Millətlər Liqasının matçlarında oynamaqdır. Burada olmaqdan şadam, hazırda yalnız bu barədə düşünürəm”.

Polşalı forvardın ötən ay 36 yaşı tamam olub. O, sentyabrda Millətlər Liqasının oyunlarına dəvət alıb, lakin milli komandadakı uzunmüddətli gələcəyinə hələ əmin deyil.

Polşa millisi sentyabrın 5-də Millətlər Liqasında Şotlandiya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button