“Ayaqlarıma vurub, “karyeran bitdi, artıq futbol oynaya bilməyəcəksən” dedilər” – Maquayr
Yunanıstanda gecə klublarının birindəki münaqişədən sonra polisə hücum etdiyi üçün saxlanılan “Mançester Yunayted”in futbolçusu Harri Maquayr məsələylə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, ingiltərəli futbolçu, hadisə zamanı qaçırıldığını düşündüyünü deyib:
“Hadisə baş verərkən, ilk olaraq qaçırıldığımızi düşündüm. Diz üstə çökdük, əllərimizi havaya qaldırdıq. Bizi vurmağa başladılar, ayaqlarıma vurub, “karyeran bitdi, artıq futbol oynaya bilməyəcəksən” dedilər. Həmin an həyatım üçün çox qorxdum.
Baş verənlərə görə kiməsə üzr borcum yoxdur. Səhv etdikdə üzr istəyə bilərsiz. Azarkeşləri və klubu belə vəziyyətə saldığım üçün məyusam”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin