“Baş verənlər çox təəssüf doğurur” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya kubokunun 1/4 finalının “Atletiko” ilə oyununu (3:1) şərh edib.
Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, o, komandasının zədələrdən əziyyət çəkdiyini vurğulayıb:
“Bu mövsüm çox çətin keçir. Mübarizə aparmalıyıq, dözməliyik. “Real” da digər komandalar kimi zədələrdən əziyyət çəkir. Bununla bağlı edə biləcəyimiz heç bir şey yoxdur. Oynamalıyıq”.
İtaliyalı mütəxəssis oyundan öncə “Atletiko” azarkeşlərinin braziliyalı futbolçu Vinisius Junioru təhqir etməsi ilə bağlı da fikirlərini bölüşüb:
“Vinisius həmişəki kimi, diqqətini oyuna yönləndirdi. Baş verənlər çox təəssüf doğurur”.
“Real”ın yarımfinal mərhələsindəki rəqibi püşkatma nəticəsində müəyyənləşəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin