“Vest Hem”in baş məşqçisi olmağa 2 namizəd
Baş məşqçisi Manuel Pelleqrini ilə yollarını ayıran “Vest Hem”də boş qalan posta namizədlər məlum olub.
Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Xəbərdə, “Vest Hem” rəhbərliyinin baş məşqçilik üçün əsas namizədinin David Moyes və Toni Pulis olduğu bildirilir.
“Çəkicdöyənlər”in rəhbərliyi Premyer Liqanın 21-ci turunda, yanvarın 1-də keçiriləcək “Bornmut”la oyuna qədər komandaya yeni baş məşqçi təyin etmək istəyir.
“Vest Hem” hazırda Premyer Liqada 19 xalla 17-ci sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin