Baş məşqçisi Dadaşovu təriflədi
“Həftə ərzində qurmağa çalışdığımız strategiyanın böyük hissəsi yenidən sürətlə başlayır. Meydanda oyunu öz diktəmiz altında rəqibə qəbul etdirməyə çalışacağıq”.
Komanda.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun çıxış etdiyi ABŞ-ın “Finiks Rayzinq” klubunda baş məşqçi vəzifəsini icra edən Bler Qevin “Arizonasports”a açıqlamasında deyib.
Oktyabrın 17-də Milli Futbol Liqasının (USL) pley-off mərhələsində “Rino 1868” klubu ilə keçirəcəkləri oyun barədə danışan 31 yaşlı mütəxəssis Dadaşovun çıxışına da toxunub. Qevin 29 yaşlı hücumçunun oyunundan məmnun olduğunu bildirib: “Cinah oyunçularımızın və yarımmüdafiəçilərimizin irəlidə ötürmə edə biləcəkləri yaxşı hücumçuya sahibik. Topu qəbul etmək, onu özümüzdə saxlamaq bizim üçün önəmlidir. Bu mənada, şübhəsiz ki, Rüfət hazırkı sistemin vacib hissəsidir”.
Qeyd edək ki, Rüfət Dadaşov bu mövsüm 11 qol vurub.
Bizi Facebook-da izləyin