Baş məşqçinin 83 yaşlı anasını təhqir etməyə görə 5000 avroluq cərimə

“Nitsa”nı Fransa Liqa 1-in 30-cu turunda PSJ ilə matçda (0:2) komandanın azarkeşlərinin asdığı pankarta görə 5000 avro cərimə gözləyir.

Komanda.az xəbər verir ki, “Nitsa”nın azarkeşləri parislilərin baş məşqçisi Kristof Qaltenin anasına təhqir yazılan pankart nümayiş etdiriblər.

Oyunun final fitindən sonra Qalte ötən mövsüm çalışdığı “Nitsa”nın azarkeşlərinə istehzalı alqışlar yağdırıb.

“Niyə belə reaksiya verdim? Pankartı gördüzmü?! Üzərində yazılanları oxumusuz?! Anamın 83 yaşı var, o, xərçəngdən sağalır” – “RMC Sport” Qaltedən sitat gətirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button