Qaltedən zədələnən futbolçu ilə bağlı açıqlama
PSJ-nin baş məşqçisi Kristof Qalte Fransa çempionatının 25-ci turunun “Marsel”lə oyunundan sonra (3:0) açıqlama verib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, Presnel Kimpembenin ciddi zədə aldığını deyib:
“Təəssüf ki, Kimpembe ciddi zədə aldı. Onun xidmətindən mövsümün sonuna qədər istifadə edə bilməyəcəyik. Şiddətli ağrıları var”.
27 yaşlı fransalı oyunçu cari mövsümdə paytaxt təmsilçisinin heyətində 15 oyuna çıxıb və 4 dəfə sarı vərəqə ilə cəzalanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin