Baş məşqçi Messinin zədəsi haqda: “Dəhşətli heç nə baş verməyib”
“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino Lionel Messinin zədəsi ilə bağlı yayılan məlumatları təkzib edib.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, Martino, Messinin zədəsi ilə bağlı ciddi problemin olmadığını düşünür:
“Mən məşqin yalnız bir hissəsində iştirak etdim, çünki o zaman mənim görüşüm var idi və nə baş verdiyini dəqiq bilmirəm. Amma ciddi bir şey olsaydı, əminəm ki, hamı şoka düşərdi. Hər şey qaydasındadır. Ona görə də, düşünürəm ki, dəhşətli heç nə baş verməyib”.
Messinin Liqa kubokunun yarımfinalında, “Filadelfiya” ilə oyundan əvvəl “İnter Mayami”nin son məşqi zamanı topuğundan zədə aldığı bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin