Baş məşqçiyə futbol direktoru olmaq təklif ediləcək

“Yuventus”un baş məşqçisi Massimiliano Alleqri klubun futbol direktoru ola bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəhbərliyi azarkeşlərin komandanın cari mövsümdəki son nəticələrindən narazılığını başa düşür və Alleqrinin baş məşqçi postundan getməsi variantlarını nəzərdən keçirir. Bununla bağlı italiyalı mütəxəssisə futbol direktoru vəzifəsi təklif oluna bilər. Alleqri özü də komandanın yenidən qurulmasında “qoca sinyora”ya kömək etmək üçün belə bir postda olmağa etiraz etmir.

“Yuventus” bu mövsüm A Seriyasında keçirdiyi 32 oyundan sonra 60 xalla turnir cədvəlində üçüncü yerdədir. Turin klubunun pandemiya dövründə maliyyə fırıldaqları sübut olunarsa, komanda 15 xal itirə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button