Baş məşqçidən Leaonun mövqeyi ilə bağlı açıqlama

“Milan”ın baş məşqçisi Massimiliano Alleqri, Rafael Leaonun mərkəz hücumçusu mövqeyindəki çıxışını dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis, portuqaliyalı futbolçunun bu mövqedə əvvəllər də oynadığını bildirib:

“Bu onun üçün yeni mövqe deyil. “Lill”də o, mərkəz hücumçusu kimi oynayıb. Onun “Yuventus”la oyunda (0:0) Luka Modriçdən ötürmə aldıqdan sonra etdiyi hərəkətlər tipik mərkəz forvard davranışları idi. Möhtəşəm bir sürətlə irəlilədi”.

26 yaşlı Leao cari mövsümdə bütün turnirlərdə 3 oyunda iştirak edib və 1 qol vurub.

“Milan” A Seriyasının 7-ci turunda, oktyabrın 19-da “Fiorentina”nı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button