ÇL: Baş məşqçidən ciddi səhvlər edən futbolçuya dəstək
“Bayern”in baş məşqçisi Tomas Tuxel Dayot Upamekanonun Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin “Mançester Siti” ilə oyununda etdiyi səhvlərdən danışıb.
Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi futbolçunu müdafiə edib:
“Upamekano çox səhv etdi. Riskli qərarlar qəbul edərkən konsentrasiyasının olmadığı iki-üç vəziyyət var idi.
Heç vaxt meydançanın həmin hissəsində bu səviyyədə səhvlər baş verməməlidir. O, bundan dərs alacaq. Biz ona hirslənmirik, o, hələ gəncdir və hələ də səhvlər edəcək. Ancaq bu səviyyəli matçda nəticə əldə etmək üçün səhvsiz oynamaq lazımdır”.
“Bayern” ilk oyununda İngiltərə komandasına uduzub (0:3).
Upamekano “Mançester Siti”nin vurduğu qollardan birində ciddi səhvə yol verib. Bundan başqa, o, matç ərzində başqa səhvlərlə də yadda qalıb.
Bizi Facebook-da izləyin