Baş məşqçidən ayrılıq qərarı – Özü açıqladı

“Marsel”in baş məşqçisi İqor Tudor mövsüm başa çatdıqdan sonra komandanı tərk edəcək.

Komanda.az xəbər verir ki, o, bu barədə Liqa 1-in son turunun “Ayaçço” ilə oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib:

“Bu komandada işləmək, bu ailənin bir hissəsi olmaq, azarkeşlərlə görüşmək və xüsusi enerjisi olan bir şəhərdə olmaq şərəf idi. Mən şəxsi və peşəkar səbəblərdən ayrılmaq qərarına gəldim. Mənim başqa klubla anlaşmam yoxdur”.

45 yaşlı mütəxəssis ötən yaydan “Marsel”i çalışdırır. Onun komandası 37 turdan sonra 73 xalla Fransa çempionatında üçüncü yeri təmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button