Baş məşqçi təsdiqlədi – Yeni müqavilə olacaq
PSJ-nin baş məşqçisi Kristof Qalte yarımmüdafiəçi Marko Verratti ilə müqaviləni uzatmaq istədiklərini təsdiqləyib.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, fransalı mütəxəssis italiyalı futbolçunun klubda xoşbəxt olduğunu bildirib:
“Mənə dedilər ki, klubun Marko Verratti ilə yeni müqavilə imzalamaq istəyi var. Bəli, bu doğrudur. Müqavilə planlarımızın bir hissəsinə daxildir. Düşünürəm ki, Marko Parisdə həqiqətən xoşbəxtdir”.
Verrattinin PSJ ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununda başa çatır. İtaliyalı yarımmüdafiəçi 2012-ci ildə Paris klubuna keçib.
Verratti paytaxt təmsilçisinin heyətində 256 oyun keçirib və 5 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin