Baş məşqçi açıqladı: Kubarsini millidə “Latsio”nun üzvü əvəz edəcək

İspaniya millisinin baş məşqçisi Luis de la Fuente UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Niderland yığması ilə səfər oyununda (2:2) zədələnən “Barselona”nın 18 yaşlı müdafiəçisi Pau Kubarsinin yerinə təcili olaraq çağırılacaq futbolçunun adını açıqlayıb.

Komanda.az xəbər verir ki, ispaniyalı mütəxəssisin oyunsonrası mətbuat konfransında dediyi kimi, Kubarsini İspaniya millisində “Latsio”nun 24 yaşlı müdafiəçisi Mario Gila əvəz edəcək.

“Real”ın yetirməsi olan Gila 2022-ci ilin iyulundan Roma klubunda çıxış edir. O, bu mövsüm “Latsio”nun heyətində bütün yarışlarda 34 oyun keçirib, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button