Baş məşqçi futbolçunu yumruqla vurdu
“Bayern” Almaniya Bundesliqasının 13-cü turunun təxirə salınmış matçında doğma meydanda “Union Berlin”i 1:0 hesab ilə məğlub edib.
Komanda.az xəbər verir ki, oyun zamanı insident baş verib. Qonaq komandanın baş məşqçisi Nenad Byelitsa qarşılaşmanın 75-ci dəqiqəsində rəqib futbolçu Leroy Saneni yumruqla vurub.
Baş hakim xorvatiyalı mütəxəssisi qırmızı vərəqə ilə cəzalandırıb. Byelitsa olayla bağlı açıqlama verib:
“Topu Saneyə verməyə çalışdım. Həmin an o, məni itələdi. Bundan sonra isə mən səhvə yol verdim”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin