Baş məşqçi futbolçunu oruc tutduğuna görə komandadan kənarlaşdırdı

Fransanın “Nant” klubunun müdafiəçisi Jauen Hadjam oruc tutduğu üçün əsas komandadan kənarlaşdırılıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Antuan Kombuare 20 yaşlı futbolçudan oyun günü oruc tutmamasını tələb edib.

Əlcəzairdən olan müdafiəçi baş məşqçinin bu tələbini qəbul etmədiyi üçün heyətdən kənarlaşdırıb. Hadisə Liqa 1-in 29-cu turu çərçivəsində baş tutan “Reyms”lə oyundan (0:3) əvvəl baş verib.

Kombuarenin bu davranışı heç də birmənalı qarşılanmayıb. Onun bu tələbinə sosial şəbəkələrdə çoxlu etiraz edən olub.

Xatırladaq ki, bir müddət öncə Fransa Futbol Federasiyası da oruc tutan futbolçuların iftarını açmasına görə çempionat oyunlarında qısa fasilələrin yaranmasına icazə verilməyəcəyini bəyan etmiş və bu, sərt etirazlara səbəb olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button