
“Baş məşqçi axtarışı məni maraqlandırmır” – “Bayern” rəsmisi
“Bayern”in idman direktoru Maks Eberl cari mövsümün sonunda Tomas Tuxelin gedişindən sonra Münhen komandasının yeni baş məşqçisinin kim olacağı ilə bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunları deyib:
“Baş məşqçi axtarışı məni maraqlandırmır. İndi bizim bütün fikrimiz “Arsenal”la oyuna yönəlib. Biz böyük komanda ilə qarşılaşacağıq. Üzümüzə yumruğun dəyməməsi üçün hər şeyi düzgün etməliyik”.
“Bayern” aprelin 9-da Çempionlar Liqası matçında “Arsenal”la qarşılaşacaq. Qarşılaşma Londondakı “Emirates” stadionunda olacaq. Cavab oyunu aprelin 17-də Münhendə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin