
Baş məşqçi açıqladı: Zaha klubunu dəyişmək istəyir
İngiltərənin “Kristal Pelas” klubunun baş məşqçisi Roy Hocson komandanın futbolçusu Vilfrid Zaha ilə bağlı açıqlama verib.
Komanda.az xəbər verir ki, mütəxəssis, Zahanın klubdan ayrılmaq istədiyini bildirib:
“Kluba gəldiyimdən bəri Zaha ayrılmaq, yeni macəralar yaşamaq istədiyini açıq-aşkar bildirib. O, çox yaxşı futbolçudur və klub bunu bilir. Komandada ona olan ehtiyacı və gələn təklifləri nəzərdən keçirərək, qərar verəcəyik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin