Baş məşqçisi Mahir Emrelinin “Konyaspor”a keçidindən danışdı

Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının baş məşqçisi Ante Çaçiç Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Türkiyənin “Konyaspor” klubuna keçidinə münasibət bildirib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisi Mahiri “Konyaspor”a, komandanın digər futbolçusu Daniel Ştefulu isə Slovaniyanın “Çelye” klubuna icarəyə verib.

Zaqreb təmsilçisinin baş məşqçisi klubun rəsmi saytına müsahibəsi zamanı bu iki oyunçunun ayrılığını belə şərh edib:

“Bəli, biz düşündük ki, onların yaza qədər daha çox oyun keçirməsi yaxşı olardı. Buna görə də Emrelinin Türkiyəyə, Ştefulun isə Sloveniyaya icarəyə getməsinə razılıq verdik”.

Xatırladaq ki, Mahir Emreli ötən ilin fevral ayından “Dinamo”da çıxış edir. O, cari mövsümdə Zaqreb təmsilçisinin heyətində meydana çıxdığı 13 matçda 3 qol vurub. Artıq Türkiyədə olan azərbaycanlı futbolçunun tezliklə Super Liqa klubu ilə rəsmi müqaviləyə imza atması gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button