“Baş məşqçi Ronaldo ilə danışmalıdır”- keçmiş futbolçu

“Mançester Yunayted”in sabiq futbolçusu Patris Evra hücumçu Kriştiano Ronaldonun İngiltərə klubundakı durumu haqda fikirlərini açıqlayıb.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, Evra, Ronaldonun ehtiyatda qalmasının haqsızlıq olduğunu deyib:

“Ronaldonu ehtiyata göndərmək çox səs-küylü hadisədir. Ötən mövsüm 18-ə yaxın qol vurduğu üçün bu, ona haqsızlıq görünə bilər. Amma komandanın son qərarı verən baş məşqçisi var. Düşünürəm ki, baş məşqçi Ronaldo ilə danışmalıdır”.

37 yaşlı Ronaldo bu mövsüm Premyer Liqada 6 oyun keçirib, qol vurmayıb. Yayda portuqaliyalı futbolçu “Mançester Yunayted”dən ayrılmaq istəyirdi.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button