
Baş məşqçi açıqladı: “Ayaks”ın aparıcı futbolçusu Bakıya gəlməyəcək
“Ayaks”ın baş məşqçisi Françesko Farioli Avropa Liqasının 3-cü turunda “Qarabağ”la Bakıda keçirəcəkləri oyun ərəfəsində komandanın hücumçusu Stiven Berquisin durumundan danışıb.
Komanda.az “Voetbal Iinternational”-a istinadən xəbər verir ki, o, Amsterdam klubunun aparıcı futbolçusunun Bakıya gəlməyəcəyini bildirib:
“Ümid edirəm ki, Berquis yaxşı həftə keçirəcək. O, bizimlə Bakıya getməyəcək. Sağalması və son addımları atmaq üçün Niderlandda qalacaq”.
“Qarabağ” – “Ayaks” matçı oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:45-də start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin